IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:11 Issue:1 Special Issue
  • 44 Günlük Vətən Müharibəsi Sənədli Telefilmlərin Mövzu Predmeti Kimi

44 Günlük Vətən Müharibəsi Sənədli Telefilmlərin Mövzu Predmeti Kimi

Authors : Nərmin Nəbiyeva
Pages : 141-153
Doi:10.46868/atdd.2024.857
View : 112 | Download : 15
Publication Date : 2024-12-16
Article Type : Review Paper
Abstract :İstər ümumölkə, istərsə də onlayn və regional televiziya kanalları, demək olar ki, son 4 il ərzində proqramlaşdırma siyasətində “Böyük Qayıdış” adı altında 44 günlük Vətən müharibəsi mövzusunu gündəmdə saxlamışlardır. Ərazi bütövlüyünü bərpa edən Azərbaycanın mübarizəsi, bu mübarizənin qəhrəmanları telefilmlərin mövzu seçimində və bilavasitə qəhrəman prototipinin ekran həllində ön sırada dayanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən döyüş əməliyyatları ilə bağlı intensiv çəkilişlərin aparılması, dron və PUA çəkilişlərinin qurumun rəsmi veb-saytında və sosial şəbəkə hesablarında operativ şəkildə yayımlanması jurnalistlərə kifayət qədər zəngin sənədli xronikal kadrlar vermişdir. I Qarabağ müharibəsi veteranlarının və hərbi ekspertlərin sərrast təhlilləri, müharibənin şahidlərinin sinxronları xronikal kadrların müşayiəti ilə yüksək sənədlilik keyfiyyəti qazanmışdır. Bu araşdırmada II Qarabağ müharibəsi mövzusunu əhatə edən ekran nümunələrinin sənədli telefilmlərin nəzəri-estetik tələblərinə cavab verib-verməməsi təhlilə cəlb olunmuş filmlərdən gətirilən nümunələr əsasında tədqiq edilmiş, kino mütəxəssislərinin müsahibələri əsasında isə “Müharibə mövzusunda bədii, yoxsa sənədli filmlər daha təsirlidir?” sualına cavab axtarılmışdır.
Keywords : sənədli televiziya filmi, sənədli telefilm, vətən müharibəsi, qəhrəman prototipi, mövzu seçimi

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026