- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 12 Sayı: 5
- 1960-cı illərdə Türkiyə tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyəti tarixinin təhlili...
1960-cı illərdə Türkiyə tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyəti tarixinin təhlili
Authors : Aynur Kerimli
Pages : 718-726
Doi:10.5281/zenodo.17698097
View : 36 | Download : 47
Publication Date : 2025-12-19
Article Type : Review Paper
Abstract :Bu məqalədə Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif aspektlərinin 1960-cı illərdə Türkiyə tarixşünaslığında tədqiqindən bəhs olunur. Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olan bu mövzu yarandığı dövrdən bu günədək Azərbaycan tarixçiləri ilə yanaşı, xarici ölkə tədqiqatçılarının, xüsusən də Türkiyə tarixçilərinin diqqət mərkəzində olmuşdur. Əvvəlki illərlə müqayisədə XX əsrin 60-cı illərində Azərbaycan Xalq Cümhuriyyəti tarixinin Türkiyə tarixçiləri tərəfindən araşdırılması əhəmiyyətli dərəcədə genişlənmişdi. Türkiyə tarixşünaslığında Azərbaycan Xalq Cümhuriyyəti Qafqazda qurulan ilk türk dövləti kimi mühüm yer tutur. Bu respublika Türkiyə ilə Azərbaycan arasında əlaqələrin əsasını təşkil etmiş, iki ölkə arasında mədəni, siyasi və iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə vermişdir. Məqalədə Türkiyə tarixçiləri Tevfik Bıyıklıoğlu, Hüsamettin Tuğaç və Sabahattin Selek tərəfindən yazılmış əsərlərin tədqiqi əsas yer tutur.Keywords : Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz İslam Ordusu, Bakı, Osmanlı ordusu, Mudros müqaviləsi
ORIGINAL ARTICLE URL
