- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 12 Sayı: 6
- II Qarabağ Müharibəsinin (27 sentyabr – 10 noyabr 2020) Siyasi Nəticələri
II Qarabağ Müharibəsinin (27 sentyabr – 10 noyabr 2020) Siyasi Nəticələri
Authors : Leyla Talışınski
Pages : 21-26
Doi:10.5281/zenodo.18096216
View : 66 | Download : 54
Publication Date : 2025-12-26
Article Type : Research Paper
Abstract :Məqalədə İkinci Qarabağ Müharibəsinin siyasi nəticələrinə ümumi nəzər salınır. Araşdırmada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən Müharibəsində əldə olunan böyük qələbənin təmin edilməsindəki xüsusi və həlledici rolu vurğulanır. Müharibədən əvvəl Ermənistanın Azərbaycan əraziləri ilə bağlı mövcud vəziyyəti dəyişməyə yönəlmiş siyasəti barədə beynəlxalq təşkilatlara edilən çoxsaylı müraciətlərə baxmayaraq, həmin ərazilərin dinc vasitələrlə azad olunması mümkün olmamışdır. Bu şəraitdə 27 sentyabr tarixində Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə qarşı həyata keçirilən təxribatlara adekvat cavab verilməsi zəruri olmuşdur. 44 günlük Vətən Müharibəsi ərzində Azərbaycan Silahlı Qüvvələri yalnız uzun müddət nəzarət altında saxlanılan yeddi rayonu deyil, həmçinin Dağlıq Qarabağın geniş bölgələrini də öz suveren nəzarətinə qaytara bilmişdir. Müharibənin nəticələri siyasi, hərbi və humanitar baxımdan Ermənistan üçün son dərəcə ağır olmuşdur.Keywords : Vətən Müharibəsi, ərazi bütövlüyü, Dağlıq Qarabağ müharibəsi, bəyanat, Silahlı Qüvvələr
ORIGINAL ARTICLE URL
