IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • AKRA Kültür Sanat ve Edebiyat Dergisi
  • Volume:11 Issue:30
  • Sovet Mifoloji Modelində Simvol Transformasiyasi

Sovet Mifoloji Modelində Simvol Transformasiyasi

Authors : Günay QARAYEVA
Pages : 43-53
Doi:10.31126/akrajournal.1138239
View : 85 | Download : 48
Publication Date : 2023-05-30
Article Type : Research Paper
Abstract :Hər bir ideoloji cəmiyyət mifolojidir. Onun varlığı, gerçəklikləri yaddaşda, bədii düşüncədə mövcud olan simvolların yeni modeldə təzahüründə əksini tapmışdır. Bu baxımdan mifin ölməzlik hüququ vardır. Bədii düşüncədə daim diri olan mif təkrarlanmır, öz ilkin əsasına bağlılığı qorumaqla yeni kontekstdə üzə çıxır. XX əsrin ikinci onilliyindən sonra mif artıq sosial mexanizmə çevrildi. Bu prosesdə sovet mifi, yeni mifoloji layların açılması əsasən iki yönümdə təzahürünü tapmışdı. Bəzən ənənəvi obraz dəyişmir, lakin kontekst dəyişir, mifoloji obrazın transformasiyası obrazın yeni kontekstdə meydana çıxmasına şərait yaradır. Digər tərəfdən isə, obraz yeni mif modelində təqdim olunur. Məqalədə 1930-1950- ci illər Azərbaycan şeirində bədii düşüncədə mifoloji strukturlu simvolların yaranmasında yeni ideoloji cəmiyyətin sovet kultuna təsir mexanizmi izlənilir. XX əsrin ikinci onilliyindən başlayaraq mifin sosial mexanizmə çevrilməsi prosesində yeni mif modelində ədəbi qəhrəmanın ideoloji qəhrəmanla, lider obrazının mifoloji qəhrəmanla, dini, müqəddəs məkanların yeni məkanla əvəzlənməsi müşahidə olundu. Tədqiqat zamanı bu konteksdə yeni mifoloji strukturun formalaşmasında simvolik obrazın ikili funksiyasına – obrazın mifoloji konteksdə simvollaşması və obrazın semantikasının mifoloji düşüncəyə dayalı olmasına nəzər yetirilmişdir. Qızıl əsgər mifogeminin ədəbi qəhrəmana transformasiyası gətirilən bədii nümunələr əsasında təhlil edilmişdir. Məqalədə sovet mifinin yeni strukturlu modelə çevrilməsi, proletar ədəbiyyatının türk mifoloji təsəvvürlərindən gələn obrazlara münasibəti, obraz transformasiyasının yeni simvolik modelə təsir yönümləri və folklordan gələn simvolların transformasiyasına ilk dəfə olaraq bədii və elmi materiallarla nəzər yetirilmişdir.Bu da tədqiqatın elmi yeniliyini əsaslandırır.Simvolun mif yaratma gücü ilə yanaşı, proletar ədəbiyyatının türk mifoloji təsəvvürlərindən gələn obrazlara münasibəti, obraz transformasiyasının yeni simvolik modelə təsir yönümləri araşdırılmışdır.
Keywords : mif, simvol, zaman, sovet kultu, lider obrazı

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026