- Doğu Esintileri
- Sayı: 23
- Qul Ətayinin “Leyli Və Məcnun” Əsərinin Poetik Qaynağı: “Kitabi-Dədə Qorqud”
Qul Ətayinin “Leyli Və Məcnun” Əsərinin Poetik Qaynağı: “Kitabi-Dədə Qorqud”
Authors : Masuma Rzayeva
Pages : 87-94
Doi:10.62425/dogu.1740339
View : 33 | Download : 48
Publication Date : 2025-09-22
Article Type : Research Paper
Abstract :Nizami Gəncəvinin ölməz əsərləri elə yazıldığı dövrdən başlayaraq bütün milli-coğrafi sərhədləri aşaraq dünyanın bir çox ölkələrinin şair və mütəfəkkirlərinin daima diqqət mərkəzində olmuş, məhəbbətlə oxunmuş, müxtəlif dillərə tərcümə edilib öyrənilmişdir. Şairin “Xəmsə”sinə daxil olan poemalara çoxlu nəzirələr yazılmış, Nizami mövzularında Şərq xalqları dillərində gözəl sənət nümunələri yaranmışdır. Şairin yaradıcılığına müraciət edənlərdən biri də Azərbaycan şairi Ətayidir. O əsərində Nizaminin “Leyli və Məcnun”undan tərcümələr etdiyini yazır. Lakin şair sələfinin məsnəvisini, sadəcə, tərcümə etməklə kifayətlənməmiş, həm də ona əlavələr, ixtisarlar və bəzi dəyişikliklər də etmişdir. Ətayi həmçinin eyniadlı məsnəvisində Dədə Qorqudu da xatırlayır. Əsərdə Dədə Qorquda aid çoxlu misraların olması müəllifin əsərini digər “Leyli və Məcnun”lardan fərqlərdəndirən əsas cəhətlərdən biridir. Bu, eyni zamanda, şairin qədim Türk dastanı olan “Kitabi-Dədə Qorqud”a yaxından bələd olduğunu göstərir. Əsərin bir çox hissəsində istifadə edilən məqamlar Dədə Qorqudla bilavasitə bağlıdır və açıq-aşkar “Kitabi-Dədə Qorqud” dastanındakı hadisələri xatırladır.Keywords : Nizâmî, mesnevi, Leyla ve Mecnun, Dede Korkut
ORIGINAL ARTICLE URL
