- Hars Akademi Uluslararası Hakemli Kültür Sanat Mimarlık Dergisi
- Volume:7 Issue:2
- TÜRK DÖVLƏTLƏRİNİN LATIN ƏLİFBASINA KEÇİDİ
TÜRK DÖVLƏTLƏRİNİN LATIN ƏLİFBASINA KEÇİDİ
Authors : Şeker Memmedova
Pages : 163-168
View : 17 | Download : 12
Publication Date : 2024-12-27
Article Type : Research Paper
Abstract :Məqalədə türk dövlətlərin latın əlifbasına keçid mərhələlərindən bəhs olunur. Türk dövlətlərini birləşdirən ən mühüm şərtlərdən olan ortaq əlifba məsələsi hazırda Türkologiyanın əsas tədqiqat obyektlərindəndir. Müxtəlif təsirlər altında bir çox əlifba sistemindən istifadə edən türk xalqları öz tarixi boyunca göytürk, uyğur, ərəb, latın, kiril və s. kimi əlifbalardan istifadə etmişlər. Əslində bu müxtəlif əlifbalar türk dillərinə tam uyğun gələn əlifbalar olmaqdan savayı, həm də türk dövlətlərini bir-birindən müəyyən dərəcədə ayrı düşməsinə də səbəb olmuşlar. Müqayisəli götürülsə, nə ərəb və nə də kiril əlifbası türk dillərinin heç birinə tam şəklidə uyğun gəlirdi. Latın əlifbası isə türk dilləri üçün seçilmiş ən münasib əlifba sayılmalıdır. Əminliklə demək mümkündür ki, ortaq türk-latın əlifbasından istifadə edilməsi türk xalqları arasındakı əlaqələri daha da möhkəmləndirəcəkdir. Tarixinə baxılsa, latın əlifbasına keçid mərhələsində birinci addımı Türkiyə Cümhuriyyəti atmışdır. Onun ardınca isə müəyyən fasilələrlə Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan ortaq latın əlifbasına keçmişlər. Təəssüf ki, Qırğızıstan isə hələ də kiril əlifbasından istifadə etməkdədir. Düzdür, latın əlifbasına keçidlə bağlı ciddi müzakirələr aparılsa da, hələlik qəti qərara gəlinməmişdir. Ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının ortaq əlifbaya sahib olmalarının müstəsna əhəmiyyəti bir-biri ilə sürətli inteqrasiya proseslərinin daha tez və asan olmasıdır. Vahid əlifbanın mövcudluğu ortaq türk ədəbi dilinə aparan yolda ilkin şərtlərdəndir.Keywords : ortaq əlifba, türk dilləri, latın əlifbası, türkologiya.