Vahid Əzizin Şeir Dilində Arxaizmlərin Yeri
Authors : Gülnar Rzayeva
Pages : 515-526
Doi:10.5281/zenodo.17183822
View : 49 | Download : 85
Publication Date : 2025-07-28
Article Type : Review Paper
Abstract :Köhnəlmiş sözlər hər bir dilin keçmiş vəziyyətini əks etdirən vasitədir. Keçmişin həyat tərzini, məişətini əks etdirən köhnəlmiş sözlərdən bədii dilin üslub xüsusiyyətlərin vermək üçün istifadə edilir. Dilinin sadəliyi ilə seçilən Vahid Əziz yaradıcılığında köhnəlmiş sözlərdən intensiv istifadə edir. Məqalədə Vahid Əziz şeirlərində arxaizmlərin işlənmə imkanları şeirlərdən nümunələr gətirilməklə tədqiq edilmişdir. Müasir dilimizdə az işlənən, lakin klassik ədəbiyyatımız üçün xarakterik olan sözlərə müraciət edən şair sanki, həmin sözlərə yenidən həyat verir və onların heç də anlaşılmaz olmadığını deməyə çalışır. “Məkr”, ”tuti”, “hənək”, “nan” sözləri məhz belə sözlərdəndir. Xalq şairinin şeirlərində əsl Azərbaycan mənşəli arxaizmlər yenidən həyat qazanır. Vahid Əziz öz yaradıcılığında tarixizmlərə də müraciət edir. ”Sənək” sözü bədii ədəbiyyatda işlənsə də artıq tarixizmə çevrilmişdir. Söz sənətkarı ”çamur” tarixizmini Türkiyə türkcəsində olduğu kimi işlətmiş, nəticədə sözə yenidən həyat qazandırmışdır. ”Rübab” Şərq poeziyasında, o cümlədən, Azərbaycan klassiklərinin yaradıcılığında tez-tez rast gəlinən tarixizmdir. Şairin şeirlərində musiqi aləti olan rübabın təsvirinə də rast gəlinir. Xalq şairi “arşın” tarixizminə müraciət edir. İlk dəfə “Kitabi-Dədə Qorqud” dastanında rast gəlinən bu söz hazırda işlək olmasa da klassik ədəbiyyatda kifayət qədər işlənmişdir. Beləliklə, məqalədə təqdim olunan şeir nümunələrindən aydın oldu ki,Vahid Əzizin öz yaradıcılığında arxaizmlərə müraciət etməsi şairin dilimizin incəliklərini dərin bilməsi və yerli-yerində işlətməsi ilə bağlıdır.Keywords : Vahid Əziz, Şeir, Arxaizm, Dil
ORIGINAL ARTICLE URL
