Qızılbaşlıqdan Şiəliyə Keçid
Authors : Yasəmən Mahmudova Qaraqoyunlu
Pages : 367-392
Doi:10.5281/zenodo.18096861
View : 106 | Download : 77
Publication Date : 2025-12-26
Article Type : Research Paper
Abstract :Səfəvi ideologiyası iki əsas mərhələyə ayrılır: biri Sufi-təriqət dövrünə aid Qızılbaşlıq, digəri isə dövlət quruluşu dövründəki Şiəlik məzhəbidir. Qızılbaşlıq – yəni heterodoks Türk xalq islamı – Şiəlikdən fərqli olaraq, əsasən Şamanizm, Hermetizm, Kabbala, Maniheizm, İnduizm, Xristianlıq və Neoplatonizm kimi sistemlərlə sintez olunaraq formalaşmışdır. Bu inanc, Məvali hərəkatları və batini fəlsəfə təsiri ilə təşəkkül tapmış, daha sonra Türküstanda Əhməd Yəsəvinin izahları ilə inkişaf etmiş və köçəri türklər arasında Qızılbaşlıq və Ələvilik kimi yayılmışdır. Səfəvilər, xüsusilə Şah Təhmasibə qədər, Şiəliklə dərin bağ qurmasa da, Osmanlıların sünniliyi rəsmi ideologiya elan etməsi nəticəsində Şah İsmayıl da Şiəliyi dövlət məzhəbi kimi qəbul etmişdir. Ardınca Cəbəl-i Amil bölgəsindən Şiə alimləri dəvət edilərək Şiəlik yayılmış, beləliklə Sufi xalq inancından rəsmi Şiə məzhəbinə keçid tamamlanmışdır.Keywords : Sufizm, Səfəvi, Qızılbaşlıq, Şiəlik, Şah İsmayıl, Türk xalq İslamı.
ORIGINAL ARTICLE URL
